YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Şübhə yoxdur ki, dövlətlərimiz gələcəkdə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirəcək

«Prezident İlham Əliyevin Ermənistan prezidentinə cavabı Türkiyə ilə  birliyimizin bariz göstəricisidir. Bütövlükdə, son illər hər iki dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində önəmli addımlar atılır». Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Nizami Cəfərov  deyib.

N.Cəfərov bildirib ki, bu fakt Azərbaycan ilə Türkiyənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bir daha təsdiqlədi. Onun sözlərinə görə, xüsusilə, Dağlıq Qarabağ problemi ilə bağlı hər iki dövlət və xalq eyni mövqe nümayiş etdirir.

«Şübhə yoxdur ki, dövlətlərimiz gələcəkdə də bütün məsələlərdə həmrəylik və birlik nümayiş etdirəcək. Ermənistanın uydurma «erməni soyqırımının» təbliğatına qarşı da Azərbaycanla Türkiyə birgə mübarizə aparır və dünya miqyasında bu yalanın ifşası yönündə sistemli tədbirlər həyata keçirir. Dağlıq Qarabağ məsələsində Türkiyənin də mövqeyi birmənalıdır. Bu strateji xəttin əsas məqamlarından biri odur ki, Dağlıq Qarabağ məsələsi həll olunana, Ermənistan Türkiyədən ərazi iddiası, “soyqırım” iddiasından əl çəkənə qədər sərhədlər açılmayacaq. Bilirsiniz ki, son illər Azərbaycanla Türkiyə qlobal mənada birgə layihələr həyata keçirirlər. Xüsusilə, enerji layihələri diqqəti cəlb edir. TANAP və TAP layihələri də buna sübutdur. Təbii ki, bütün bunlar dövlətlərimizin beynəlxalq müstəvidə nüfuzunu artırır, mövqelərini gücləndirir. Bütün bunlar isə işğalçı Ermənistanı və onun havadarlarını ciddi narahat edir. Sarkisyanın məlum çıxışı da bu narahatlıqdan irəli gəlir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv