YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Prezident seçkilərindən danışarkən, hər kəs üçün günümüzün reallığı məlumdur

«Prezident seçkilərindən danışarkən, hər kəs üçün günümüzün reallığı məlumdur. Yəni, Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin nüfuzu o qədər yüksəkdir ki, indidən seçkinin nəticələri haqqında fikir     yürütmək mümkündür. Prezident İlham Əliyevin vətəndaşlar  arasında nə qədər böyük hörmət və inama sahib olması, həm ölkə daxilində, həm də xaricdə də yaxşı məlumdur. Bunun da çox ciddi əsasları var». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, dünyada baş verən mürəkkəb proseslərin fonunda, Azərbaycan yüksək dinamika ilə inkişaf edir,  ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider-xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, partiyamızın Sədrinin  gördüyü möhtəşəm, əzəmətli işlər nəticəsində Azərbaycan tarixində olmadığı qədər güclü dövlətə çevrilib.

«Cənab İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirilir. Görüşlər bir daha əminlik yaradır ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki  partiyamızın Sədri, ölkə Prezidenti İlham ƏliyevAzərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyət göstərir. Təmsil etdiyim Ağstafa rayonunda böyük abadlıq və quruculuq  işləri həyata keçirilib. Cənab Prezident dəfələrlə rayonda olub, bir çox iqtisadi, sosial, mədəni obyektlərin açılışında şəxsən iştirak edib. Həmçinin, rayonun kəndlərinin böyük hissəsi qazlaşdırılıb, yeni yollar çəkilib və s. Bu quruculuq prosesi hazırda da davam etməkdədir.  Ağstafa əhalisi dövlət başçısının rayonumuza göstərdiyi qayğını yüksək qiymətləndirir və 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bəyan edirlər. Mən bütün seçiciləri seçki günü fəal olmağa və alternativsiz siyasət olan Heydər Əliyev siyasətinə və bu siyasəti layiqincə davam etdirən cənab İlham Əliyevə səs verməyə çağırıram»-deyə, akademik vurğulayıb.