YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunun I Alıcanlı, II Alıcanlı, Cilovxanlı kəndlərindən olan seçicilərlə görüşlər keçirilib

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunda seçicilərlə görüşlər davam edir. Növbəti görüşlər  ötən gün rayonun I Alıcanlı, II Alıcanlı, Cilovxanlı  kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. P.Mahmudova seçiciləri ulu öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra çıxış edən təbliğat-təşviqat qrupunun üzvləri Mənsim Pənahov, Ziyad Xancanov, Telman İsmayılov, Fiqura Abbasova, Şahnaz Mustafayeva qeyd ediblər ki, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş bu proqramın bundan sonra da davam etdirilməsi, dövlətimizin qüdrətinin və əzəmətinin artırılması məqsədilə seçicilərimiz bu proqramı dəstəkləyəcək, növbəti 7 ildə də onun uğurla həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə layiqli namizədə - İlham Əliyevə səs verəcəklər.

Görüşlərdə seçicilər adından çıxış edən kənd sakinləri Zabit Qəribov, Əlişah Cavadov, Əli Fərəcov da artıq öz seçimlərini etdiklərini və  11 aprel tarixində seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə və bunun qarantı olan cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv