YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxlı seçicilər cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Yevlax rayon şöbəsinin təşviqat qrupunun üzvləri Yevlax rayonunun Balçılı və Ağqıraq kəndlərində seçicilərlə görüş keçirib. Görüşləri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədr müavini Əli Quliyev öncə qarşıdan gələn prezident seçkiləri haqqında məlumat verib.

Çıxışına davam edən natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə əldə edilən uğurlardan ətraflı bəhs edib: "Bu uğurlar onu deməyə əsas verir ki, hər bir yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcək".

Çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən siyasət ölkəmizin inkişafına səbəb olub: "Eyni zamanda hər bir azərbaycanlı kimi yevlaxlıların da   sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalqımız bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcək". 

Sonra çıxış edən təşviqat qrupunun üzvləri YAP Yevlax rayon təşkilatının Qadınlar Şurasının sədri Əminə Əhmədova, Minnət Mürsəlov, Bünyamin Musayev ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Prezident İlham Əliyevin daima xalqımıza göstərdiyi yüksək diqqət və qayğı barədə danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Yevlax seçicilərini  11 apreldə seçkilərə gəlməyə, inamlı sabahımıza səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən kənd sakinləri Luba Zeynalova, Çingiz Cəfərov və başqaları ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycan vətəndaşları, o cümlədən yevlaxlılar Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi və iqtisadi islahatlar kursunu tam dəstəkləyirlər.