YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda “İlhamla irəli” şüarı ilə təbliğat-təşviqat kampaniyası uğurla davam edir

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını böyük uğurla , seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdirir.

Kampaniya çərçivəsində rayonun Şorbaçı kəndində seçicilərlə keçirilən görüşdə rayon təşkilatının şura üzvləri Vüqar Cavadov və Xəlil Süleymanov iştirak ediblər. Çıxış edən  Vüqar Cavadov son 15 il ərzində qazanılan uğurlardan danışıb və vətəndaşları 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Rayonun Ağdaş ərazisinin seçiciləri ilə görüşdə də insanlar seçki günü aktiv olmağa dəvət olunub.