YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının gəncləri Koroğlu və Q.Qarayev metrostansiyalarının qarşısında “İlhamla irəli” təşviqat aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti tədbir Nizami rayonunda baş tutub.

YAP Nizami rayon təşkilatının gəncləri insanların gediş-gəlişinin çoxluq təşkil etdiyi Koroğlu və Q.Qarayev metrostansiyalarının qarşısında “İlhamla irəli” təşviqat aksiyası keçirib.

Gənclər cənab İlham Əliyevin seçki kampaniyası üçün YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış seçki proqramı və bukletləri insanlara paylayıblar. Eyni zamanda, gənclər cənab İlham Əliyevin rəhbərliyilə son 15 il ərzində Azərbaycanda əldə olunan uğurlar və perspektivə hesablanmış hədəflər haqqında ətraflı izahat işləri aparıblar.

Gənclər seçicilərin diqqətinə çatdırıblar ki, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurların əsasında bütün faktorlardan öncə sabitlik və təhlükəsizlik amili durur. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalq-iqtidar birliyi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Məhz, xalqın Prezident İlham Əliyevə və onun qurduğu hökumətə olan etimadı, inamı və etibarı son 15 il ərzində Azərbaycanın tarixi əhəmiyyətli uğurlar əldə etməsinə əsas yaradıb.

Platforma və bukletlə tanış olan insanlar, seçicilər də öz səmimi münasibətləri ilə cənab İlham Əliyevə olan etimadını və dəstəyini nümayiş etdiriblər. Aksiyanın yekun nəticəsi olaraq bu fikir hasil olub ki, cənab İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi Onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli LİDER olmasını isbatlayır. Məhz, bu səbəbdən də 11 aprel 2018-ci ildə Azərbaycan xalqının seçimi cənab İlham Əliyev olacaq.