YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qobustan rayon təşkilatı rayonun Dərəkənd kəndində seçicilərlə görüş keçirib

Qobustan  rayonunun Dərəkənd kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsi seçicilərlə  görüş keçirib.

Tədbiri açan YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində  görüşlər uğurla davam  edir. F.Gülaliyev çıxışında son illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların saysız–hesabsız olduğunu qeyd edərək vurğulayıb ki, görülən işlər cənab İlham Əliyevin 11 aprel 2018- ci il prezident seçkilərində qələbəsinə tam zəmin yaradır.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı  Qobustan rayon şöbəsinin  üzvü Atabəy Cahangirov  bildirib ki, cənab İlham Əliyevin gördüyü işlər onun prezident seçkilərində qələbəsini şəksiz edir.

Təbliğat-təşviqat qrupunun üzvü Zümrüd Şərifova vurğulayıb ki, kənd zəhmətkeşləri ölkə Prezidentinə minnətdardırlar və seçicilər yekdilliklə cənab İlham Əliyevi dəstəkləyir və yekdilliklə ona səs verəcəklər.

Kənd seçicilərindən Elnur Cahangirov, Samir Rəhmanov və başqaları  çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək  sabitliyə, uğurlu gələcəyə səs verəcəklərini bildiriblər.