YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatı təbliğat kompaniyasını uğurla davam etdirir

YAP Lənkəran rayon təşkilatı təbliğat kompaniyasını çərçivəsində rayonunun Osaküçə, Sinovli, Günəhir, Bəliton, Türkəncil kəndlərində seçicilər ilə görüş keçirib.  

Görüşü açıq elan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Ağacəfər Fətullayev bildirib ki, Azərbaycanda qazanılan hər bir qələbənin əsas mənbəyi xalqın ulu öndər Heydər Əliyev yoluna inamı və sədaqətidir: “Azərbaycan xalqı prezident seçkilərində YAP-ın namizədinə səs verməklə bir daha sabitliyi, əmin-amanlığı və inkişafı dəstəklədiklərini təsdiq edəcəklər.”

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Lənkəran rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərindən K.Kazımov, G.Bağırov, R.İbadov və S.Məmmədov çıxış edərək, son 15 il ərzində qazanılan nailiyyətlərdən, iqtisadi uğurlardan, ölkəmizdə höküm sürən əmin- amanlıqdan bəhs etdilər.  Seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində fəal iştirak etməyə və YAP-ın vahid namizədi cənab İlham Heydər oğlu Əliyevə səs verməyə çağırdılar.