YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı "İLHAMLA İRƏLİ!" şüarı ilə növbəti tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərinə həsr edilmiş "İLHAMLA İRƏLİ!" adlı tədbir keçirib.

Tədbirə qatılan təbliğatçılar qarşıdakı 7 il ərzində daha güclü və qüdrətli Azərbaycan naminə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üçün çağırış ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək son ildə Prezident İlhama Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs edib.

Çıxışlarda bildirilib ki, 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə misilsiz işlərə imza atılıb, sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycan hazırda regionun qüdrətli dövlətinə çevrilib.