YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehdi Mehdiyev: Azərbaycan vətəndaşının seçimi inkişaf və sabitlikdir

«Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasına qoşulub. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən dəfələrlə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır». Bu fikirləri yap.org.az saytına  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

M.Mehdiyev bildirib ki, bu gün müstəqil Azərbaycan müharibə nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən, mürahibədə şəhid olan və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır, onlara Prezident təqaüdü verilir. Onun sözlərinə görə, Azərbaycanda artıq çadır şəhərcikləri yoxdur və məcburi köçkünlər artıq çadırda yaşamır. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Qanunlara edilən mütərəqqi dəyişikliklərlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə şəhid olanların ailə üzvüləri, fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, 20 Yanvar və Çernobıl əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, müharibə əlillərinə avtomobillər verilir, hər iki statusa malik olanların övladları ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

«Azərbaycan seçicisinin, Azərbaycan vətəndaşının seçimi birmənalı şəkildə inkişaf və sabitlikdir. Ölkəmizin inkişafının və sabitliyinin əsas təminatçısı isə Prezident İlham Əliyevdir. Bu ilin fevralında bizim təşkilatımız da seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan etdi. Təbii ki, bu dəstəyin arxasında illərdir əlillərə, şəhid ailələrinə, müharibə veterenlarına göstərilən diqqət və qayğı dayanır. Bu gün hər bir vətəndaşımız dərk edir ki, Azərbaycanın indiyə qədər əldə etdiyi və bundan sonra da əldə edəcəyi nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyev siyasi kursu və bu siyasi kursu uğurla davam etdirən cənab İlham Əliyev dayanır. İnanırıq ki, Prezident İlham Əliyev qarşıdakı illərdə iqtisadi, siyasi və sosial sahələrin daha da yüksək səviyyədə inkişafını təmin edəcək, vətəndaşlarımızın rifah halının daha da yüksəldilməsinə şərait yaradacaq. Ən əsası isə hər birimiz Ali Baş Komandan İlham Əliyevin Qarabağın işğaldan azad edilməsi üçün həyata keçirdyi siyasi kursu dəstəkləyirik. Mən bütün seçicilərimizi aprelin 11-də fəal olmağa, seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verməyə çağırıram»-deyə, M.Mehdiyev qeyd edib.