YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsində 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı seçicilərlə görüş keçirilib.  

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov xatırladıb ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə 20 gündən də az vaxt qalıb. Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərində partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürüb: "Şübhə yoxdur ki, partiyamızın bu qərarı xalqımızın istək və arzularından irəli gəlir. Bu qərar Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Çünki Prezidentimizin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib. Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların həyatı yaxşılaşıb".

Millət vəkili deyib ki, cənab İlham Əliyevin 2003-cü ildə verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. "Mən bir daha sizləri bir vətəndaş olaraq konstitusion hüquqlarınızdan istifadə edərək Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçkilər prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırıram. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevi dəstəkləyəcək, Azərbaycanın daha da güclənməsinə səs verəcək", - deyə millət vəkili A.Hüseynov vurğulayıb.

Görüşdə çıxış edən Seçki Qərargahının üzvü Xaliq Məmmədov, Canməmməd Şamilov, Pakizə Əliheydərova və digərləri seçiciləri qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar. Qeyd olunub ki, İlham Əliyevə səs vermək  möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir.

 

DİGƏR Xəbərlər Arxiv