YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboy ictimaiyyəti Prezident İlham Əliyevi dəstəkləyir

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əlirzalı, Şadılı, Xoylu, Yolqullar, Yeniyol  və Rəhimli kəndlərində seçicilərlə görüşlər keçirib.

Tədbirləri giriş sözü ilə YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Azərbaycan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin yerləşdiyi regionun lider dövləti kimi tanınır. Bütün bunları təmin edən amil cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətidir. Ona görə də bu siyasətin davamlı olması üçün yenə də cənab İlham Əliyevə səs verməliyik. Goranboy ictimaiyyəti hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik”.

YAP Goranboy rayon təşkilatının Qadınlar Şurasının sədri Səidə Məmmədova isə qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi müddətində gördüyü misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb.

Tədbirdə çıxış edənlər - Nurəddin Verdiyev, Füzuli Almuradov, Şahin Allahverdiyev, Ülkər Hümbətova, Hidayət Bayramov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrindən bəhs ediblər. Seçicilər 11 apreldə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.