YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədili seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. Növbəti belə görüş martın 23-də Ağcabədi rayonunun Aşağı Avşar kəndində keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov öncə 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri barədə məlumat verib.

Sonra partiyamızın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı barədə danışan natiq bildirib ki, 2003-2018-ci illərdə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük tarixi nailiyyətlər qazanıb, hərtərəfli inkişafa nail olunub: "Qarşıda isə yeni hədəflərin nəzərdə tutulduğu möhtəşəm vəzifələr dayanır".

Partiyamızın növbəti seçkilərə də "İlhamla irəli" şüarı ilə getdiyini deyən Nazim Bünyatov əmin olduğunu bildirib ki, aprelin 11-də ağcabədili seçicilər YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.

Görüşdə həmçinin rayon təbliğat qrupunun üzvü, Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Eldəniz Qənbərov çıxış edərək 2003-2018-ci illərdə ölkədə əldə edilən iqtisadi yüksəliş, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçməsi, ümumdaxili  məhsulun və ölkənin valyuta ehtiyatının artması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşüb, bu uğurların davamlı olması üçün xalqımızın aprelin 11-də cənab İlham Əliyevə səs verəcəyini bildiriblər.

Öz növbəsində seçicilər adından çıxış edən Zahid  Cəfərov, Novruz Yusifov, Məhəmməd Həsənov, Elşən Quliyev və başqaları son 15 ildə həyata keçirilən siyasətin, əldə edilən uğurların ağcabədililərin də həyatında köklü dəyişikliklərlə səbəb olduğunu bildirib, bu uğurların davamlı olması üçün aprelin 11-də cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.