YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyəzən rayonunun Ərziküş kənd seçiciləri ilə görüş keçirilib

11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar YAP Siyəzən rayon təşkilatının təbliğat qrupu martın 22-də Siyəzən rayonunun Ərziküş kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətdən danışıb. Qeyd edib ki, 15 ilə yaxın bir müddət ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sferalarda dinamik inkişafa nail olunub, əhalinin rifahı günü-gündən yüksəlib. O, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə YAP Siyəzən rayon təşkilatı sədrinin müavini Mircəlal Kazımzadə ölkə rəhbərinin həyata keçirdiyi sosial islahatlardan söz açıb.