YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərlilər Azərbaycanın tərəqqisi naminə cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Tərtər rayonunun Kəbirli və Bayandur kəndlərində seçicilərlə görüş keçirilib. Görüşü giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov ölkəmizin növbəti bir tarixi mərhələ ərəfəsində olduğunu deyib.

Çıxışında ölkəmizin son 15 ildə əldə etdiyi uğurlar, bütün sahələrdə qeydə alınan inkişaf barədə də danışan natiq deyib ki, qarşıda isə yeni və böyük vəzifələr dayanır: "Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı keçilən yolun nailiyyətlərinə əsaslanır, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə son 15 ildə ölkəmizə xidmət göstərmiş siyasətin bundan sonra da davam etdirilməsinə, dövlətimizin qüdrətini və əzəmətini daha da artırmaq məqsədlərinin gerçəkləşdirilməsinə hədəflənib. Əminəm ki, hörmətli seçicilərimiz, o cümlədən tərtərlilər bu proqramı bəyənəcək, onun həyata keçirilməsi və Azərbaycanın tərəqqisi naminə cənab İlham Əliyevə səs verəcəklər".

Görüşlərdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, Kəbirli kənd sakinləri - Raqub Məmmədov, Aybəniz Məmmədova, Bayandur kənd sakinləri - Rafiq Səfərov, Zakir Bayramov, Ziyəddin Məmmədov və digərləri Azərbaycanın əldə etdiyi uğurların hər bir sahədə köklü dəyişikliklərlə müşahidə olunduğunu diqqətə çatdırıblar. Natiqlər bu seçkilərdə də cənab İlham Əliyevin qələbə qazanacağına kimsənin şübhə etmədiyini söyləyib, aprelin 11-də Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.