YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın dünyada mövqeyi əhəmiyyətli dərəcədə  möhkəmlənib”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün ölkəmiz beynəlxalq təşkilatlarda aparıcı rol oynayır: “Biz fəxr edirik ki, gənc Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurası kimi mötəbər quruma üzv olub və bu təşkilata sədrlik edib. Bütün bunlar Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin dəmir iradəsinin məntiqi nəticəsidir”.

S.Seyidov deyib ki, Azərbaycan bu uğurlara Prezidentlə xalqın birliyi nəticəsində nail olub. “Biz bu birliyi qorumalıyıq. Bunun üçün də 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməliyik. Prezident İlham Əliyevə səs verməklə biz Azərbaycanın uğurlu gələcəyinə səs vermiş oluruq” – deyə, komitə sədri qeyd edib.