YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə “İlhamla irəli” şüarı altında təbliğat-təşviqat kampaniyasına start verilib

Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevin təbliğat materiallarının yayılmasına başlanılıb. Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon  təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezident  seçkiləri ilə  əlaqədar  bu gün  Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq  təbliğat-təşviqat kampaniyasına start verib. Təbliğat - təşviqat kampaniyasının başlaması ilə əlaqədar Yeni Azərbaycan Partiyasından  namizədliyi irəli sürülən  cənab İlham Əliyevin plakatları məntəqələr üzrə müvafiq ayrılmış lövhələrə yapışdırılıb. Bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. YAP Kürdəmir rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası Yeni Azərbaycan Partiyasının  namizədi  cənab İlham Əliyevin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb.

 

 

DİGƏR Xəbərlər Arxiv