Xəbərlər
Tovuzlular prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər

Tovuzda 2018-cil il aprelin 11-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kompaniyasına çox yüksək fəallıqla başlanılıb.
Bu gün səhər saatlarında YAP Tovuz rayon təşkilatının fəalları 104 saylı Gədəbəy-Tovuz, 105 saylı Tovuz, 106 saylı Tovuz- Qazax-Ağstafa seçki dairələrinin Tovuz rayonuna daxil olan seçki məntəqələrinin hər birində təbliğat lövhələrində YAP-ın namizədi cənab İlham Əliyevin təpliğat plakatlarını yerləşdiriblər. Bu kampaniya yaşayış məntəqələrinin sakinləri tərəfindən maraqla izlənilib, aksiyanı müşahidə edən vətəndaşların hamısı cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə dəstəkləyəcəklərini bildiriblər.
Sonra fəallar əhalinin sıx toplaşdığı digər yerlərdə seçicilərə 2003-2018-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılmış möhtəşəm tarixi nailiyyətləri, eləcə də 2018-2025-ci illərə aid yeni hədəfləri əks etdirən təbliğat materiallarını paylayıblar.