Xəbərlər
YAP Göygöl rayon təşkilatı təbliğat-təşviqat mərhələsinə yüksək əhval – ruhiyyə ilə start verib

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göygöl rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb. Martın 19-da YAP Göygöl rayon təşkilatının fəalları prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar.
Qeyd edək ki, Göygöl rayon ərazisində 101 saylı Göygöl- Daşkəsən seçki dairəsi üzrə 46 seçki məntəqəsi yerləşir. Rayon üzrə 35050 seçici qeydiyyatdadır.