YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının fəalları təbliğat-təşviqat plakatlarının müvafiq ərazilərdə yerləşdirilməsi işini uğurla həyata keçirib

Məlum olduğu kimi aprelin 11-də keçiriləcək prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası bütün seçki proseslərində olduğu kimi, bu dəfəki prezident seçkilərinə də yüksək fəallıqla başlayıb.

Təbliğat-təşviqat kampaniyasına "İlhamla irəli" şüarı ilə start verilib. Bu proseslə əlaqədar YAP Nərimanov rayon şöbəsi də səfərbər olunub.

Artıq YAP Nərimanov rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat plakatlarının müvafiq ərazilərdə yerləşdirilməsi işini uğurla həyata keçirib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, təşkilatın fəalları 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə təşviqat materialları müvafiq yerlərə yapışdırılıb.   «Biz inanırıq ki, seçki kampaniyası uğurla başa çatacaq və cənab İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanacaq»-deyə, T.Tağıyev vurğulayıb.