YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı təşviqat kampaniyasına başladı

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19.03.2018-ci il tarixində YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşviqat kampaniyasına start verildi.

Saat 00:00-dan başlayaraq YAP Səbail rayon təşkilatının fəallarından təşkil olunmuş komanda Prezident seçkiləri ilə bağlı təşviqat materiallarını 29 saylı Səbail və 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə ümumilikdə 40 seçki məntəqəsinin ərazisində quraşdırılmış təşviqat lövhələrinə vurmağa başlayıblar.

Tərtib olunmuş qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.

 

DİGƏR Xəbərlər Arxiv