Xəbərlər
Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı təşviqat kampaniyasına uğurlu start verdi

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar 19.03.2018-ci il tarixində YAP Mərkəzi Seçki Qərargahının Biləsuvar rayon şöbəsində təşviqat kampaniyasına start verildi.
YAP Biləsuvar rayon təşkilatının fəalları Prezident seçkiləri ilə bağlı təşviqat materiallarını təşviqat lövhələrinə vurmağa başlayıblar.
Qrafikə uyğun olaraq rayon seçiciləri ilə görüşlər keçiriləcəkdir.