YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

YAP Nizami rayon təşkilatının fəalları Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar

 

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Bütün seçki proseslərində olduğu kimi, Prezident seçkisində də xüsusi fəallığı ilə seçilən, ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də yüksək ab-hava ilə başlayıb.

"İlhamla irəli" devizi ilə təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi də Prezident seçkiləri ilə əlaqədar operativ fəaliyyətə başlayıb.

Qərargah üzvləri, partiya fəalları budəfəki kampaniyanın yüksək səviyyədə həyata keçirilməsi üçün səfərbər edilərək, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təlimatlandırılıblar. Martın 19-da isə YAP Nizami rayon təşkilatının fəalları Prezident seçkisində YAP-ın namizədi cənab İlham Əliyevin təşviqat plakatlarını qanunla müəyyənləşdirilmiş yerlərdə yapışdırıblar.

YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisinin təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə keçirilməsinin vacibliyini söyləyib.

Vurğulayıb ki, prosesin hər bir mərhələsinin uğurla başa çatması nəticələr haqqında tam təsəvvür yaratmağa imkan verir: “İnanırıq ki, seçicilərimizin hər biri 11 aprel Prezident seçkilərində fəal iştirak edəcək, ölkəmizin hərtərəfli inkişafının davam etdirilməsi naminə cənab İlham Əliyevə səs verəcək”.

Sədaqət Vəliyeva qeyd edib ki, təşviqat materiallarının yapışdırılması prosesi uğurla başa çatıb, bundan əlavə olaraq ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları seçicilərə paylanılacaq. Partiya fəalları cənab İlham Əliyevin seçki proqramı barədə seçicilərə ətraflı məlumatlar verəcəklər.