YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilir

Martın 16-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilir.

Tədbirdə məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaqdır.

Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verib. Bu ilin may ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi adlı beynəlxalq tədbirin əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm platforma rolunu oynayacağını bildirib.