YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanda keçirilən VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunur

«Azərbaycanda keçirilən  VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Forumda dünyanın nüfuzlu siyasi, elm, ictimai xadimləri iştirak edir. Onun sözlərinə görə, belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur.

«Bu fakt göstərir ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur. VI Qlobal  Forum əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bu gün öz işinə başlayan Forumda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edir. Hesab edirəm ki, forumda müzakirə olunan məsələlər dünyada mövcud olan bir srıa problemlərin həlli baxımından əhəmiyyətlidir»- deyə, deputat qeyd edib.