YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib

Martın 15-də Bakı şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.

Görüşdə Bakı Bəyannaməsi qəbul edilib.

Nazirlər regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Xatırladaq ki, 2017-ci il sentyabrın 6-da Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan-İran–Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.