YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin Baş katibi: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır.

Bu barədə VI Qlobal Bakı Forumu zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilatın Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai tərəfindən səsləndirilmiş məktubunda deyilir.

Baş katib bu işinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib: “İnklüziv cəmiyyətin yaradılması çox vacibdir və dayanıqlı inkişaf məqsədlərində qeyd olunmuş əsas hədəflərdəndir”.

O vurğulayıb ki, bugünkü problemlərin həllinə elm və texnologiya kömək göstərə bilər.