YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanın ərzaq təhlükəsizliiynin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir

«Azərbaycanın ərzaq təhlükəsizliiynin təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir». Bu fikri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda  ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı böyük işlər gedir. Onun sözlərinə görə, 2008-2015-ci illəri əhatə edən dövlət proqramında ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məsələr öz əksini tapıb və qarşıya qoyulan vəzifələr uğurla icra edilməkdədir.

«Mən hesab edirəm ki, gələcəkdə iri təsərrüfatların, koperativlərin yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına daha böyük töhfələr verəcək. Çünki kiçik pay torpaqlarını əkib becərməklə insanlar yüksək məhsul götürə bilmirlər. Kooperativlər də xüsusi mülkiyyətin bir növüdür. Bu barədə təkliflə çıxış edəndə bəzi şəxslər elə bilirdilər ki, kolxoz yaradırıq. Amma bunlar ayrı-ayrı  şeylərdir. Böyük təsərrüfatlar rentabelli işləyir, qazancları da yüksək olur. Kiçik təsərrüfatlar isə çətinliklərlə üzləşirlər. Bu baxımdan, kooperativlərin yaradılması vacibdir. Bütün dünyada bu praktika tətbiq olunur»- deyə, komitə sədri vurğulayıb.