YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA sədri: Azərbaycan sabit iqtisadi marşrutun yaradılmasına böyük töhfə verir

Sabit iqtisadi marşrut İpək Yolu ölkələrinin ümumi məqsədidir və Azərbaycan İpək Yolu əməkdaşlığı çərçivəsində bu marşruta böyük töhfə verir.

Bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun beynəlxalq konfransında ATƏT PA-nın sədri Georgi Tsereteli deyib.

G.Tsereteli bildirib ki, iqtisadi layihələr ATƏT-in fəaliyyətinin ayrılmaz hissəsidir: "Dünya iqtisadiyyatının vəziyyəti mövcud problemlərin öhdəsindən gəlmək məqsədilə ölkələrin sıx əməkdaşlığını tələb edir".

PA sədri əlavə edib ki, iqtisadi çiçəklənmənin nailiyyətləri də marşrutun bütün ölkələri arasında əməkdaşlığı tələb edir: "Bakı-Tbilisi-Qars Şərqlə Qərb arasında marşrut yoluna ideal nümunədir. Oxşar layihələr dünya ölkələri arasında həyati əhəmiyyətli iqtisadi körpüdür".

 

DİGƏR Xəbərlər Arxiv