YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə Avropa Şurası Parlament Assambleyasının büro və komitə iclasları keçiriləcək

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası bürosunun, siyasi işlər və demokratiya, monitorinq və daimi komitələrinin iclasları keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, iclaslarda Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

Tədbirlərdə terrordan əziyyət çəkənlərin qorunması, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri, Ukraynaya, Türkiyəyə və Ermənistana faktaraşdırıcı missiyaların səfərlərinin yekunları, Azərbaycanda və Monteneqroda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi, cari ilin aprel sessiyasının gündəliyi, 2018-ci ilin sentyabrında Ankarada keçiriləcək Parlament Sədrlərinin Avropa Konfransı və digər mövzularda müzakirələr aparılacaq. Səməd Seyidov müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, təkliflərini verəcək.

 

DİGƏR Xəbərlər Arxiv