YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə missiyası fəaliyyətə başlayıb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidə missiyası fəaliyyətə başlayıb.

Bununla əlaqədar ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri Koryen Yonker martın 9-da Bakıda mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər qısamüddətli müşahidəçi, eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib. Müşahidə missiyasının tərkibində 11 beynəlxalq ekspert var. Uzunmüddətli missiya gələn həftə Azərbaycana gələcək.

 

DİGƏR Xəbərlər Arxiv