YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Novruzov: Uğurlu iqtisadi siyasət Azərbaycanın dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaradıb

«Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti hazırda uğurla davam etdirilir». Bu fikri Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

V.Novruzov bildirib ki, bu siyasət Azərbaycanın dünya təsərrüfat sisteminə uğurla inteqrasiya etməsinə möhkəm zəmin yaradıb.

«Bunun nəticəsində ölkənin iqtisadi qüdrətinin daha da artırılması, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu gün ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlar və şəffaflığın artırılması sahəsində görülən işlər ciddi nəticələr verməkdədir. Azərbaycan auditinin əldə etdiyi uğurlar da ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır»-deyə, V.Novruzov qeyd edib.