YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Əmək haqları və təqaüdlərin artırılması barədə verilən qərarlar mühüm sosial addımlardır

«Ölkəmizdə əhalinin sosial müdafiəsinə diqqət daha da artmaqdadır». Bu fikri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dövlətimiz daim ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsini prioritet elan edib.

«Təsadüfi deyil ki, dünya iqtisadi böhranına baxmayaraq ölkəmizdə sosial proqramlar təxirə salınmayıb. Bu fikir bir daha rəsmi səviyyədə bəyan olunub. Son vaxtlar isə əmək haqları və təqaüdlərin artırılması barədə verilən qərarlar mühüm sosial addımlardır.  Bütün bunlar onu göstərir ki, Azərbaycanda sosial dövlət quruculuğu uğurla həyata keçirilir»- deyə, deputat qeyd edib.