YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbiçilərimiz Belqradda (Serbiya) “REGEX-18” komanda qərargah, Ərzurumda (Türkiyə) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimlərində iştirak edirlər. Hərbi qullçularımız, həmçinin Almaniyanın Kastelqeyt şəhərində “Trident Jaguar 2018” və Ramştayn şəhərində “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfranslarına, eləcə də İzmirdə hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kurslarına qatılıblar.