Xəbərlər
Rasim Musabəyov: Minsk qrupu səylərini artırmalıdır

«ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırmalıdır». Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Onun sözlərinə görə, işğalçılıq Ermənistanın dövlət siyasətidir.
«Bu yaxınlarda həmsədrlər regiona səfər etdilər. Amma onların səfəri turist xarakteri daşımalı deyil. Həmsədrlər təcavüzkarı öz adı ilə çağırmalı, təzyiq göstərməlidirlər»-deyə, deputat vurğulayıb.