YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Maaş artımı təqribən 355 min nəfərə şamil olunacaq

Təhsil, səhiyyə, sosial təminat, elm və elmi tədqiqat müəssisələrində çalışan, əməkhaqları dövlət büdcəsindən maliyyələşən bütün vətəndaşlarımızın maaşları martın 1-dən 10 faiz artırılıb. Maaş artımı bu 4 kateqoriya üzrə, ümumilikdə, təqribən 355 min nəfərə şamil olunacaq. Bu şəxslərdən 200 min nəfərə yaxını təhsil, 140 min nəfərə yaxın səhiyyə, 13 min nəfərə yaxını elmi və elmi tədqiqat, 2 min nəfərə yaxın isə sosial təminat müəssisələrində çalışanlardır.

Bu sözləri martın 2-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Siyəzən şəhərində vətəndaş qəbulu zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, maaşı artırılan işçilərin əməkhaqlarının qarşıdakı 10 ay ərzində artımları üçün dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

“Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir. Bütün bu işlər əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb,” - deyə Səlim Müslümov açıqlamasında bildirib.