YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycan müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban şəriatdə yaşadığı məkandır

«Avropada multikulturalizmin böhranı mədəniyyətlərarası qarşıdurmanı gücləndirir. Bütün bunların fonunda Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlığın, müxtəlif etnik, dini mənsubiyyətə malik olan toplumların mehriban birgəyaşayışının şahidi oluruq». Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, bunun əsas səbəblərindən biri odur ki, Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır.
«Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini, mənəvi dəyərlərinə bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə, dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb. Bütövlükdə, Azərbaycan dövlətinin hüquqi əsasları, müxtəlif sahələr üzrə qəbul olunan qərarlar dünyəvi xarakter daşıyır. Bununla belə, Azərbaycan dünyəvi dövlət üçün ən münasib seçim hesab olunan müsbət dünyəvilik və ya pozitiv sekulyarizm modelini təcrübədə tətbiq edən ölkələrdən biridir. Bu o deməkdir ki, dövlət din sahəsinə qayğı və dəstək göstərir və bu siyasət tolerantlıq və multikulturalizmin tərkib hissəsi kimi həyata keçirilir»-deyə, Y.Abramov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv