YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Cümhuriyyətin 100 illiyi ilə bağlı fotosərgi açılıb

Çexiyanın Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında Cümhuriyyətin 100 illiyi ilə bağlı fotosərgi təşkil olunub.

Diplomatik nümayəndəliyimizin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası (Çexiya) tərəfindən keçirilən fotosərgidə ölkəmizin tarixini, habelə ermənilər tərəfindən ölkəmizə qarşı törədilən soyqırımı faktlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Çeske Budoyeviçe şəhərinin mərkəzi meydanında belə fotosərginin keçirilməsinin yerli ictimaiyyətə Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı yaratdığını bildirib. Səfir daha sonra Çeske Budoyeviçe şəhərinin yerli televiziya kanalına müsahibə verib və ölkələrimiz arasındakı münasibətlərə toxunub.

Tədbirdə, həmçinin Çexiya Senatının sədr müavini Yirji Şestak, Çeske Budoyeviçe şəhərinin meri Yirji Svoboda, Cənubi Bohemiya regionu qubernatorunun müavini Yozef Knot və Azərbaycan-Avropa Ticarət Palatasının sədri Devid Snaşel çıxış ediblər. Natiqlər Azərbaycanla bağlı fotosərginin şəhər sakinləri, habelə turistlərin marağına səbəb olacağını vurğulayıblar.

Fotosərginin açılışında Çexiya Respublikasının rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçılarına Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Fevralın 28-də başlayan fotosərgi bir ay müddətində davam edəcək.

 

DİGƏR Xəbərlər Arxiv