YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran rəsmisi: Regiondakı vəziyyət dostluq və qonşuluq əlaqələrinin daha da genişləndirilməsini tələb edir

Regiondakı mövcud vəziyyət dostluq və qonşuluq əlaqələrinin daha da genişləndirilməsini tələb edir.

Bu sözləri İranın mədəniyyət və İslam əlaqələri təşkilatının sədri Əbuzər Türkmən Azərbaycana səfərinin yekunlarına dair yerli mətbuata verdiyi açıqlamada deyib. O qeyd edib ki, tarixi bağlılığı olan İran və Azərbaycan xalqları eyni milli mənəvi dəyərlərə və adət-ənənələrə malikdirlər. Bu amil xalqların yaxınlaşmasında mühüm rol oynayır.

Əbuzər Türkmən vurğulayıb ki, İranın tanınmış yazıçılarının İslam dinini düzgün təbliğ edən kitabları Azərbaycan dilinə tərcümə edilib. Bu, çox yaxşı haldır. İslam sülh və qardaşlıq dinidir. Bunu düzgün təbliğ etmək lazımdır. Təəssüf ki, son dövrlər törədilən terror aktlarını İslam dininə bağlamağa çalışan qüvvələr İslamın əksinə təbliğat aparırlar. Düzgün təbliğatla bu kimi mənfi halların qarşısı alınar.

Təşkilatın sədri Azərbaycanda çox faydalı görüşlər keçirdiyini bildirərək, iki qonşu və qardaş ölkənin gələcək əməkdaşlığının xalqlar üçün faydalı olacağına əminliyini ifadə edib.

 

DİGƏR Xəbərlər Arxiv