YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Görülən işlər aqrar sahənin inkişafına mühüm təsir göstərir

«Hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir». Bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. Onun sözlərinə görə, 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur.

«Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaq. Kənd təsərrüfatı  məhsullarının istehsalının və ixracının artırılması hökumətin diqqət mərkəzindədir. İqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına olmaqla sahibkarlıq subyektlərinə ilkin olaraq 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Ümumilikdə, güzəştli kreditlər aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bütün bunlar aqrar sahənin inkişafına mühüm təsir göstərir»-deyə, komitə sədri vurğulayıb.