YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul olunması diplomatiyamızın növbəti uğurudur

«Avropa Parlamentində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat qəbul edilib. Bəyənatın qəbul edilməsi təşəbbüsü Avropa Parlamentinin Latviyadan olan deputatı, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü və “Azərbaycanın Dostları Klubu” nun həmsədri Andrey Mamikins tərəfindən irəli sürülüb. Bu bəyanat Xocal soyqrımı ilə bağlı Avropa Parlamenti çərçivəsində qəbul edilmiş ilk sənəddir». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bəyənatda Azərbaycan xalqına qarşı 1992-ci ilin  fevralında Xocalıda erməni təcavüzkarları tərəfindən törədilmiş amansız cinayətdən, soyqırımdan danışılır və Xocalı hadisəsi kimi insanlıq əlehinə yönəlmiş cinayətlərin bir daha baş verməməsi üçün Xocalı soyqırımının xatırlanmalı olduğunu vurğulanır.

«Avropa Parlamenti tərəfindən Xocalı soyqırımına diqqət ayrılması, baş vermiş cinayətlərə siyasi qiymət verilməsi çox mühüm məsələdir. Bu Azərbaycan parlament diplomatiyasının uğurudur. Xocalı soyqırımının dünyada tanınması üçün son illər mühüm tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında hər il “Xocalıya ədalət” kampaniyası çərçivəsində Avropanın, eləcə də dünyanın bir çox ölkələrində faciə barəsində həqiqətlərin dünyaya çatdırılması isqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda dünyanın 12 ölkəsində, ABŞ-ın 21 ştatında Xocalı faciəsi barədə sənədlər qəbul edilib. Avropa Parlamentində Xocalı soyqırımı barədə bəyanatın qəbul edilməsi göstərir ki Azərbaycan düzgün yoldadır. Dünyada ildən-ilə daha çox ölkələr, beynəlxalq təşkilatlar bu soyqırımı tanıyacaqlar»-deyə, R.Əliyev vurğulayıb.