YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amsterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə konsert-rekviyem həsr edilib

Niderlandın paytaxtında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş konsert-rekviyem keçirilib.

Konsertdən əvvəl tədbir iştirakçıları Serj Sarkisyan və Robert Koçaryan kimi əlləri qana bulanmış cəlladların rəhbərliyi ilə erməni hərbçilərinin gülləbaran etdikləri xocalılıların – qadınların, uşaqların, yaşlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın dövlət himninin ifasından sonra Frederik Şopen, Anton Vebern, Jül Masse, Aleksandr Skryabin, Sergey Prokofyev, Asəf Zeynallı, Qara Qarayev, Əhməd Adnan Saygün, Ələkbər Tağıyev və Abuzər Manafzadənin əsərləri səsləndirilib.