YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan gender bərabərliyinin qorunduğu, bununla bağlı beynəlxalq sənədlərə qoşulmuş ölkələrdəndir

Sentyabrın 16-dan 20-dək İtaliyada Avropa Şurası Parlament Assambleyası Bərabərlik və qeyri-diskriminasiya komitəsi ilə İtaliya Xarici İşlər Nazirliyinin birgəbeynəlxalq krnfrans keçiriləcək.  Azərbaycan nümayəndə heyəti də konfransda iştirak edəcək.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı  Sahibə Qafarova deyib ki, Roma şəhərində keçiriləcək toplantıda Avropada insan alveri ilə mübarizə üsulları, Qadınlara qarşı zorakılıqla mübarizəyə dair İstanbul Konvensiyasının bir meyar kimi qəbul edilməsi, qadın hüquqları ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi və xüsusi mexanizmlərin yaradılması barədə fikir mübadiləsi aparılacaq. Ölkəmizdə insan alverinə qarşı mübarizədə uğurlu nəticələr əldə edildiyini vurğulayan millət vəkili əlavə edib ki, Azərbaycan gender bərabərliyinin qorunduğu, bununla bağlı müvafiq hüquqi beynəlxalq sənədlərə qoşulmuş ölkələrdəndir.

«Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Ölkəmizin iştirakçısı olduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının müddəalarının milli qanunvericiliyə şamil olunması və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunun üçün mükəmməl və zəruri normativ-hüquqi baza yaradılıb, müvafiq təsisatlar fəaliyyətə başlayıb. Əlbəttə ki, həyata keçirilən səmərəli gender siyasəti Azərbaycanda qadınların ictimai-siyasi fəallığının daha da artmasına, onlara həyatın bütün sahələrində tam bərabər imkanlar açmasına möhkəm zəmin yaradıb- deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv