YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: “Freedom House” təşkilatı erməni lobbisinin təsiri altındadır

«“Freedom House” təşkilatı erməni lobbisinin təsiri altındadır. Həmin təşkilat ermənilər tərəfindən maliyyələşir». Bu fikri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, bu təşkilat bütün fəaliyyətini anti-Azərbaycan işi üzərində qurub. Onun sözlərinə görə, “Freedom House” təşkilatı bütün hesabatlarında Azərbaycana qarşı böhtanlar və iftiralar yağdırıb.

«Bu təşkilat öz hesabatlarında Ermənistanı demokratik bir ölkə kimi təqdim etməkdə davam edir. Buradan çıxarılan nəticə odur ki, həmin təşkilat erməni xüsusi xidmət orqanlarının və erməni lobbisinin təsiri altındadır»- deyə, F.Ağamalı qeyd edib.