YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çikaqo şəhərində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı etiraz aksiyası keçirilib

Fevralın 25-də Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar ABŞ-ın ən böyük şəhərlərindən biri olan Çikaqoda (İllinoys ştatı) etiraz aksiyası keçirilib. Şəhərin Miçiqan Avenyu adlanan mərkəzi küçəsində toplaşan aksiya iştirakçıları “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistana ar olsun!”, “Biz Xocalını unutmayacağıq!”, “Azərbaycan torpaqlarından əl çəkin!”, “Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 844 nömrəli qətnamələrinə əməl etməlidir!”, “Müharibə canisi Sarkisyan mühakimə edilsin!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!” kimi şüarlar səsləndiriblər.

Tədbirdə iştirakçılara dəstək olaraq, Türkiyə Respublikasının Çikaqodakı baş konsulu Umud Acar da iştirak edib. Aksiya zamanı şəhər sakinlərinə Ermənistan ordusu tərəfindən Xocalıda törədilmiş qətliam haqqında faktları əks etdirən vərəqələr paylanılıb.