YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moldova Prezidenti İqor Dodon Azərbaycana səfər edəcək

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Moldova Prezidenti İqor Dodon iştirak edəcəcək.

Dövlət Komitəsindən bildiriblər ki, bu məqsədlə İqor Dodonun Azərbaycana səfəri nəzərdə tutulub.

Forum çərçivəsində “Balkan regionunda hazırkı və gələcək vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcək iclasda Moldova Prezidenti İqor Dodonun çıxışı planlaşdırılır. İqor Dodon 2016-cı il noyabrın 13-də prezident seçkilərinin ikinci turunda Moldova Respublikasının Prezidenti seçilib.

Qeyd edək ki, VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti Ilir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

 

DİGƏR Xəbərlər Arxiv