YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin Prezident təqaüdünün məbləği 1500 manat müəyyən edilib

Fevralın 20-də Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən artırılaraq 1500 manat müəyyən edilib.

Dövlətimizin başçısının başqa bir Sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği martın 1-dən 10 faiz artırılacaq.

Prezident İlham Əliyev, həmçinin əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması barədə Sərəncam imzalayıb.

Bundan başqa, digər Sərəncamla Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği martın 1-dən 10 faiz artırılacaq.