YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev, Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Şuranın üzvləri təyin olunublar.