YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Samux rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı  11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyamızın Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması kampaniyasını uğurla başa çatdırıb.

  Fevralın 17-da YAP Samux rayon təşkilatının seçki qərargahının 12 nəfər imzatoplayan fəalı 102 saylı  Samux-Şəmkir Seçki Dairəsi üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb. İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, bütövlükdə, 600 seçici imzası toplanıb.