YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gədəbəy rayon təşkilatı seçici imzalarının toplanması uğurla başa çatıb

11 Aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə Gədəbəy rayonu üzrə seçici imzalarının toplanması prosesi uğurla başa çatıb. Bununla bağlı YAP Gədəbəy rayon təşkilatında 17 nəfərdən ibarət Seçki Qərargahı, 14 nəfərdən ibarət imzatoplayan qrup yaradılıb. İmzalar Gədəbəy rayonu ərazisini əhatə edən 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz DSK-lar üzrə toplanıb.

Qeyd edək ki, Gədəbəy rayonunda imzatoplama perosesi 2 gün müddətində davam edib  və fevralın 20-də yekunlaşdırılıb.